cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

"Qarabağ" APOEL-in futbolçusuna 450 min avro təklif etdi

19.05.2021 10:46 Oxundu 629


APOEL-in futbolçusu Qayas Zahidlə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.

"CEMPİON.AZ" xəbər verir ki, Kipr mətbuatı 27 yaşlı yarımmüdafiəçinin “Qarabağ”ın transfer gündəmində olduğunu yazıb.
Xəbərdə hətta Ağdam təmsilçisinin Norveç millisinin üzvünə illik 450 min avro maaş təklif etdiyi də vurğulanıb. Lakin Zahid Türkiyəyə yollanmaq variantına daha isti yanaşır. Çünki qardaş ölkənin adı açıqlanmayan bir klubundan 600 min avroluq məvacib təklifi alıb.