19.05.2021 11:25
489

Bundesliqa təmsilçisi “Bayer”in yeni baş məşqçisinin adı məlum olub.
"CEMPİON.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubunu Xerardo Seoane çalışdıracaq.
Hazırda İsveçrənin “Yanq Boyz” klubuna rəhbərlik edən 42 yaşlı mütəxəssis yeni mövsümdən Leverkuzen təmsilçisinə rəhbərlik edəcək. İsveçrəli yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, iki ay öncə Peter Boşu istefaya göndərən “Bayer” mövsümün sonunadək Hannes Volfa tapşırılıb.