19.05.2021 11:43
591

Türkiyə kubokunun sahibi müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, həlledici matçda "Beşiktaş" və "Antalyaspor" üz-üzə gəlib. Matç İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "qara qartallar" tarixində 10-cu dəfə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, "Beşiktaş" 2020/2021 mövsümündə Türkiyə Superliqasının qalibi adına da yiyələnib. Bununla da komanda bu mövsüm iki kubok qazanaraq "qızıl dubl"a imza atıb.
"Antalyaspor" - "Beşiktaş" - 0:2
Qollar: Souza, 3, Rosyer, 30