cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Emreli ya Ələsgərov?

19.05.2021 12:16 Oxundu 494


Azərbaycan Premyer Liqasının bu gün keçiriləcək son turu iki titulun sahibinə aydınlıq gətirəcək.

"CEMPİON.AZ" xəbər verir ki, “Neftçi” – “Qarabağ” matçında həm çempion, həm də mövsümün bombardiri mükafatı sahibini tapacaq.
Qızıl medallar uğrunda bu iki komanda mübarizə apardığı kimi “qol krallığı”na da onların üzvləri iddia edir. Əgər çempionatda “Qarabağ” üstündürsə və heç-heçə də onları 1-ci edirsə, bombardirlər yarışında “Neftçi”nin üzvü öndədir. 19 qol vuran Namiq Ələsgərov bir top qabaqladığı Mahir Emrelinin onu keçməməsini istəyir.
Elə alına bilər ki, bu cütlükdən biri eyni gündə iki titul qazana bilər. Mahirlə Namiq həm komanda, həm fərdi mükafatın bir addımlığındadır. Təbii ki, onların hərəsinin bu mükafatlardan birini götürməsi kimi variantlar da var.
Ölkə futbolu tarixində yalnız 11 dəfə bombardir çempion adını qazanıb. Bunlardan da ikisi elə Mahirin aktivindədir. Emreli üçüncü belə nailiyyətin astanasındadır. Lakin bunun üçün həm komandası uduzmamalı, həm də hücumçunun özü Namiqdən bir top çox vurmalıdır.
Bombardir tituluna yiyələnən ilk çempion Musa Qurbanov olub. Onun 1993/94 mövsümündə imza atdığı ilki 3 il sonra qardaşı Qurban Qurbanov təkrarlayıb. Sonradan onların açdığı cığırla daha 3 yerli və 5 legioner gedib.
Bu 11 hadisədən 4-ü “Qarabağ”, 3-ü “Neftçi” üzvlərinin payına düşür. “Turan”, “Şəmkir”, “Xəzər Lənkəran” və “İnter”in (indiki “Keşlə”) bir üzvü bombardir çempion olub.

Bombardir çempionlar
1993/94. Musa Qurbanov - “Turan”
1996/97. Qurban Qurbanov - “Neftçi”
1999/2000. Badri Kvaratsxeliya -  “Şəmkir”
2006/07. Zaur Ramazanov - “Xəzər-Lənkəran”
2007/08. Xaqani Məmmədov - ”İnter”
2011/12. Bahodir Nasimov - “Neftçi”
2012/13. Nikolas Kanales - “Neftçi”
2013/14. Reynaldo Silva - “Qarabağ”
2015/16. Dani Kintana - “Qarabağ”
2018/19. Mahir Emreli - “Qarabağ”
2019/20. Mahir Emreli - “Qarabağ”

Apasport.az