19.05.2021 13:45
497

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün son turunda “Neftçi” “Qarabağ”la çempionluq oyununa çıxacaq.
"CEMPİON.AZ" xəbər verir ki, komandalar vacib oyun üçün hazırlığını tamamlayıb və axşam keçiriləcək oyunu gözləyirlər.
“Neftçi” bu oyuna tam tərkibdə hazırlaşıb və heyətində heç bir itki yoxdur. Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, bütün futbolçular oyuna hazırdır.
“Qarabağ”da da daha əvvəl bilinən iki zədəlidən başqa hər hansı itki yoxdur. Klubun mətbuat xidmətindən bildirilib ki, mövsümü buraxacağı dəqiqləşən qapıçı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçi Filip Ozobiçdən başqa bütün komanda oyuna hazırdır.
Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu saat 20:30-da başlayacaq.