cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Poqba meydana Fələstin bayrağı ilə çıxdı

19.05.2021 16:47 Oxundu 513

"Mançester Yunayted”in futbolçuları Pol Poqba və Amad Diallo Fələstinə dəstək olub.

"CEMPİON.AZ" xəbər verir ki, onlar Premyer Liqanın 37-ci turunda “Fulhem”lə “Old Trafford”da keçirilən oyundan sonra Fələstin bayrağı ilə meydana çıxıblar.
Bununla da futbolçular Fələstin xalqına dəstək olduqlarını göstəriblər.
Xatırladaq ki, bir neçə gündür ki, Fələstin və İsrail arasında qarşıdurma gedir. Bunun nəticəsində çox sayda insan həyatını itirib.