cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

"Qarabağ"dan şəhid azarkeşi ilə bağlı həssas addım

19.05.2021 16:19 Oxundu 539


“Qarabağ” şəhid azarkeşi Məhəmmədəli İbrahimli ilə bağlı həssas jest edib.

"CEMPİON.AZ" xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına M.İbrahimlinin də adını salıb. Beləliklə, M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.
Qeyd edək ki, M.İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.
Əlavə edək ki, bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşır. Bu oyunun nəticəsindən asılı olaraq, Ağdam klubu ya qızıl, ya da gümüş medala layiq görüləcək.