
Bu gün Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün çempionu məlum oldu.
"CEMPİON.AZ" xəbər verir ki, sonuncu-28-ci turda "Neftçi" "Qarabağ"ı məğlub edərək 7 ildən sonra çempion oldu.
Bürünc mükafatın sahibi də bu gün müəyyənləşib. Üçüncü pillədə yer alan "Zirə" "Sabah"ın qonağı olub və 1:2 hesabı ilə uduzub. Üçüncülük uğrunda yarışan digər komanda
- "Sumqayıt" isə "Səbail"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 39 xalla 3-cü olub. "Zirə" isə 38 xalla 4-cü pillə ilə kifayətlənib. "Sumqayıt" 3-cü yerini sahibi kimi Konfrans Liqasına vəsiqəni təmin edib.
Digər oyunda isə "Keşlə" "Qəbələ"ni qəbul edib. Komanda 3:1 hesablı qələbə qazanıb.
20:30.“Neftçi” – “Qarabağ” - 1:0 (İkinci hissə)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev)
“Dalğa Arena”
18:00.“Səbail” – “Sumqayıt” - 0:1
Qol: Murad Xaçayev, 43
Qırmızı vərəqə: Adil Nağıyev, 90+3-iki sarı vərəqə ("Səbail")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASCO Arena”
18:00.“Sabah” –“ Zirə” - 2:1
Qollar: Ramil Şeydayev, 21 (1:0), Qismət Alıyev, 72 pen. (1:1), Xulio Sezar Rodriqes, 89 (2:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Bank Respublika Arena”
18:00.“Keşlə” – “Qəbələ” - 3:1
Qol: Şəhriyar Əliyev, 15 (1:0), Silvio Rodriqes, 16 (2:0), Ceyms Adeniyi, 26 (2:1), Vüsal İsgəndərli, 90+6 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
“ASK Arena”