cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Elmar Baxşıyev: “Vurmayana vurarlar” prinsipi özünü göstərdi"

19.05.2021 20:25 Oxundu 499


"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu turunda "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

"CEMPİON.AZ" xəbər verir ki, o, matçla bağlı bunları deyib:
“Mövsümün son oyunu idi. Komandanı bu durumda - iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir. Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı. “Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyunundan və yanaşmasından razı qaldım”.