19.05.2021 20:40
526

"Gərgin mövsüm və gərgin oyun keçdi. Çempionat ərzində bir çox çətinliklə üzləşdik, bunu hər kəs bilir. Çox ağır çempionat oldu, amma hər bir futbolçuma təşəkkür edirəm. İstədiyimiz nəticə olmasa da, oyunumuz haqda müsbət fikr söyləyə bilərəm. Yenə deyirəm şanslarımız var idi, hər kəs can qoydu. Futbolçulara təşəkkür edirəm".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının sonuncu turunda evdə "Sumqayıt"a 0:1 hesab ilə uduzduqları oyunu şərh edərkən deyib.
O, "Sumqayıt"ı qələbə münasibəti ilə təbrik edib: "Stabil komandadırlar. Kubokun finalında onlara uğurlar arzu edirəm. Biz də çıxışımıza son qoyub, gələcək haqda düşünürük".