cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: “Mahir Emreli gedir"

20.05.2021 10:46 Oxundu 579


Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ”dan ayrılacaq.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib.
Premyer Liqanın XXVIII turunun “Neftçi” ilə görüşündən (0:1) sonra açıqlama verən 49 yaşlı mütəxəssis hücumçunun ölkə xaricində legioner həyatı yaşayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib: “Mahir Emreli gedir. Əlimizdə olanları qoruyub saxlamağa çalışacağıq. Ondan sonra yeni transfer məsələsinə baxacağıq”.
O, Emrelinin Varşava “Legiya”sına keçidinin gözlənilən olduğunu gizlətməyib.