cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

10 yaşlı Leo "Arsenal"da 

20.05.2021 11:52 Oxundu 502


“Arsenal” akademiyası üçün maraqlı transferə imza atıb.

"CEMPİON.AZ" xəbər verir ki, “topçular” 10 yaşlı futbolçu Leo Messonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Adı Lionel Messidən götürülən keniyalı oyunçu London təmsilçisinin azarkeşlərinin də diqqətini cəlb etməyi bacarıb. Messo klubun aşağı yaş qruplarından ibarət komandasında  9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Messo daha əvvəl “Vest Hem”in akademiyasında olub.