20.05.2021 13:19
485

PSJ-nin futbolçusu Anhel Di Mariya klub rekorduna imza atıb.
"CEMPİON.AZ" xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi buna ötən gün Fransa kubokunun finalında “Monako” ilə matçda (2:0) nail olub. O, komandasının 1 qolunun ötürməsini verib. Bununla da Di Mariya PSJ-nin heyətində etdiyi qol ötürmələrinin sayını 104-ə çatdırıb. Beləliklə, argentinalı oyunçu klubun əfsanəvi futbolçularından Safet Suşiçi geridə qoyaraq (103 qol ötürməsi) yeni rekorda imza atıb. O, PSJ-nin ən çox qol ötürməsi verən oyunçusu olub.
Qeyd edək ki, Di Mariya PSJ-yə 2015-ci ildə “Mançester Yunayted”dən keçib.