cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Millimizdən imtina etdi, Türkiyəni seçdi

20.05.2021 15:19 Oxundu 567


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində oynamaqdan imtina edən Emre Kaplan Türkiyənin müvafiq yığmasına dəvət alıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə futbolçunun icarə əsasında çıxış etdiyi "Bodrumspor" klubu məlumat yayıb.
Qeyd edək ki, Emre Kaplan daha əvvəl Azərbaycanın U-19 millisində də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda iştirak edib. Futbolçu müqavilə ilə “Başakşehir”ə məxsusdur.