cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Aquero "Barselona" ilə razılığa gəldi

20.05.2021 20:47 Oxundu 513

Mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan Serxio Aquero “Barselona” ilə razılığa gəlib.

"CEMPİON.AZ" ESPN-ə istinadən xəbər verir ki, artıq tərəflər bütün detallarda razılıq əldə ediblər.
Argentinalı hücumçunun Kataloniya klubu ilə 2 illik müqavilə imzalayacağı bildirilib.
2011-ci ildən “Mançester Siti”də çıxış edən 32 yaşlı futbolçunun klubu ilə müqaviləsi iyunun 30-na qədərdir.