cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Remzinin qiyməti bilindi

20.05.2021 23:26 Oxundu 555


"Yuventus"un futbolçusu Aaron Remzi yayda Turin təmsilçisindən ayrıla bilər.

"CEMPİON.AZ" "Tutto Juve"yə istinadən xəbər verir ki, klub 30 yaşlı yarımmüdafiəçiyə 20 milyon avro qiymət qoyub. "Yuventus" maaşa qənaət etmək üçün onun qiymətinin 12 milyon avroya da endirməyə hazırdır.
Uelsli oyunçu ilə "Liverpul"un maraqlandığı bildirilir.
Qeyd edək ki, Remzi bu mövsüm A seriyasında 22 matça çıxıb, 2 qol vurub və 4 qolun ötürməsini verib.