cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus"un futbolçusuna ABŞ-dan təklif var

21.05.2021 13:20 Oxundu 516


"Yuventus"un kapitanı Corcio Kyellini ABŞ-da çıxış edə bilər.

"CEMPİON.AZ" "Tuttosport"a istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi MLS-dən təklif alıb. “Sinsinatti” klubu təcrübəli futbolçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, İtaliya millisinin üzvü ilə "Yuventus"un müqaviləsi iyunda başa çatır. Buna görə də ABŞ klubu müdafiəçini azad agent kimi komandaya cəlb edə bilər.