21.05.2021 15:20
502

“Liverpul”un yarımmüdafiəçisi Corcinyo Veynaldum Almaniyaya köçə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, “Bavariya” Niderland millisinin üzvünün xidmətində maraqlıdır.
Münhen təmsilçisi 31 yaşlı orta sahə oyunçusunun menecerləri ilə əlaqə saxlayıblar. Hətta tərəflər arasında ilkin danışığın müsbət keçdiyi vurğulanıb. Veynaldum özü də karyerasını “Bavariya”da davam etdirmək niyyətindədir. Onun gələn ay azad agent statusuna malik olması almanlar üçün cəlbedicidir.
Qeyd edək ki, Corcinyo Veynaldum “Barselona”nın da transfer hədəfindədir.