cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Mbappe qərar verməyə tələsmir

21.05.2021 16:19 Oxundu 525


Mbappe PSJ ilə bağlı qərarını AVRO-2020-dən sonra verəcək. 

"CEMPİON.AZ" xəbər verir ki, futbolçu yeni müqavilə ilə əlaqədar danışıqları dayandırıb. 
Paris klubu Fransa millisinin üzvünə 2025-ci ilin yayına qədər müqavilə təklif edib. Mbappe isə təklifi dəyərləndirməyə tələsmir. Klubu ilə müqavilə müddəti gələn ilin yayına qədər olan hücumçu “Real”ın maraq dairəsindədir. 
Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 46 oyunda 41 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.