cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Donnarumma "Barselona"da oynaya bilər

21.05.2021 19:23 Oxundu 484


“Milan”ın qapıçısı Canluici Donnarumma karyerasını İspaniyada davam etdirə bilər.

"CEMPİON.AZ" xəbər verir ki, bu, “rossonyerlər”in Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılı olacaq.
22 yaşlı qolkiperin meneceri Mino Rayola “Barselona”ya müştərisinin xidmətini təklif edib. Agent “Milan”ın A seriyasında ilk “dördlük”də qalmayacağı təqdirdə, qapıçının azad agent kimi kataloniyalılara keçidinə çalışır. İspaniya təmsilçisi də Donnarummanı havayı gətirdikdən sonra qapıçısı Mark-Andre ter Ştegeni sataraq, gəlir əldə etməyin əleyhinə deyil.
Qeyd edək ki, Canluici Donnarumma 2015-ci ildən “Milan”ın əsas komandasında çıxış edir.