22.05.2021 10:42
712


Azərbaycan çempionu Qvineya yığmasına çağırılıb.
"CEMPİON.AZ" xəbər verir ki, baş məşqçi Didye Siksin qarşıdakı yoldaşlıq görüşləri üçün "Neftçi"nin futbolçusu Mamadu Kaneni milliyə dəvət edib.
Fransalı mütəxəssis ümumilikdə komandaya 23 oyunçu çağırıb. Onlar arasında “Roma”nın yarımmüdafiəçisi Amadu Diavara və “Liverpul”un orta sahə oyunçusu Nabi Keytanın adı diqqət çəkir. Qvineya yığmasının üzvlərinin əksəriyyəti karyerasını Fransada davam etdirir.
Qeyd edək ki, Qvineya millisi 4 yoldaşlıq görüşü keçirəcək. Komanda mayın 31-də İstanbulda Türkiyə ilə, iyunun 5-də Toqo ilə, 8-də Kosovo ilə, 11-də isə Türkiyənin digər şəhəri Antalyada Nigerlə qarşılaşacaq.