
"Qarabağ” ardıcıl səkkiz (əslində yeddi – red.) dəfə çempion olmuşdu. Hamımız bu seriyanı bitirmək üçün xüsusi motivasiyalı idik. Bizdə rahatlıq yox idi. Matçdan əvvəl komandada stress hiss etmirdik. Ancaq matçı bitirmək üçün böyük aclıq yaşadım. Çətin oyun oldu. Çünki "Qarabağ" topa sahib olmağı sevən və onu itirən kimi dərhal təzyiqi artıran güclü komandadır. Ancaq tədricən daha yaxşı oynamğa başladıq, boşluqlar böyüdü və biz oyuna nəzarəti ələ aldıq. Qələbə qolunu vurmaq çox vaxt apardı, amma yekunda çempion olduq".
"CEMPİON.AZ" xəbər verir ki, bu sözləri Neftçi”nin Mərakeş əsilli belçikalı futbolçusu Sabir Buqrin Belçika mətbuatına açıqlamasında deyib.
O bildirib ki, Ağdam təmsilçisi ilə görüşdə qol vurduqları anda görünməmiş bir sevinc partlaması yaşanıb: "Oyunçular hər tərəfə qaçdılar (gülür). Əlavə olunmuş dəqiqələrdə “Qarabağ” hesabı bərabərləşdirmək üçün bütün qüvvəylə irəli atılsa da, təzyiqə dözə bildik. Final fitindən sonra isə çempionluğu bayram etməyə başladıq".
24 yaşlı yarımmüdafiəçi bildirib ki, bu, onun karyerasındakı ən yaxşı mövsümdür: "Çempionlar Liqasının təsnifat mərhələsində uğur qazanmaq artıq növbəti addımdır. Daha bir xəyalım gerçəkləşdi. Ümid edirəm ki, püşkatma bizim üçün düşərli olacaq və qrup mərhələsinə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Buqrin “Neftçi”də qalıb-qalmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Klubla daha bir illik müqaviləm var. Amma futbolda hər şey çox sürətlə baş verir. Belçika klublarından bəzi klublar bizimlə əlaqə saxlayıblar. Lakin heç nə dəqiqləşməyib. Əvvəlcə istirahət etmək və qazandığım titulun dadını çıxarmaq istəyirəm. Sonra həyat yoldaşımla evimizə baş çəkməliyəm. Sonrasını görəcəyik".