cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Barselona"nın futbolçusu Fransada oynayacaq

22.05.2021 12:47 Oxundu 543


İspaniya “Barselona”sının futbolçusu Jan-Kler Todibo Fransa “Nitsa”sına transfer olunacaq.

"CEMPİON.AZ" xəbər verir ki, Liqa1 təmsilçisi fevralda icarəyə götürdüyü müdafiəçini heyətində saxlamağa qərar verib.
21 yaşlı fransalının keçidi üçün 8 milyon avro ödəniləcək. O, mövsümün ilk yarısını icarə əsasında “Benfika”da keçirib. Bundan sonra “Nitsa”ya keçən Todibo klub rəhbərliyini oyunu ilə razı salıb.