22.05.2021 13:26
574

"Mançester Siti" futbolçusu Fernandinyo ilə bağlı qərarını verib.
"CEMPİON.AZ" "The Times"a istinadən xəbər verir ki, klub rəhbərliyi braziliyalı yarımmüdafiəçiyə yeni 1 illik müqavilə təklif etmək qərarına gəlib.
Qeyd edək ki, 36 yaşlı oyunçunun bu mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılacağı gözlənilirdi. Ancaq o, son matçlarda özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Xatırladaq ki, Fernandinyo 2013-cü ildən "Mançester Siti"də oynayırdı.