22.05.2021 15:24
515

"Neftçi"nin futbolçusu Keysuke Honda karyerasını Portuqaliyanın "Portimonense" klubunda davam etdirə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb. Bildirilib ki, başqa bir şey olmazsa, yaponiyalı yarımmüdafiəçi yeni mövsümdə yüksək liqa təmsilçisi "Portinmonense"də oynayacaq.
Nəşr yazıb ki, Honda "Neftçi"yə keçməmişdən əvvəl fevralda Portuqaliya klubundan təklif alıb. Lakin transfer qaydalarına uyğun gəlmədiyi üçün yerli futbol liqasının qərarına əsasən, bu keçid alınmamışdı.
Qeyd edək ki, Honda martın 15-i "Neftçi" ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.