cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Messi ardıcıl 5-ci dəfə bombardir oldu

23.05.2021 12:21 Oxundu 505


La Liqada 2020/2021 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

"CEMPİON.AZ" xəbər verir ki, bu, "Barselona"nın kapitanı Lionel Messidir. O, bu mövsüm 30 qol vurub. Bununla da argentinalı hücumçu ardıcıl 5-ci dəfə La Liqanın ən yaxşı bombardiri olub.
Kərim Benzema ("Real") və Jerard Moreno ("Vilyarreal") hərəyə 23 qolla 2-3-cü pillələri bölüşdürüblər.