cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Qızıl buts"un sahibi bəlli oldu

24.05.2021 10:21 Oxundu 516


"Bavariya"nın futbolçusu Robert Levandovski "Qızıl buts"un sahibi olub.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin "Tvitter" səhifəsi məlumat yayıb. Bundesliqada 2020/2021 mövsümündə 41 qol vuran polşalı hücumçu Avropa liqalarının ən yaxşı bombardiri olub.
Qeyd edək ki, ötən mövsüm "Qızıl buts"u "Latsio"nun futbolçusu Çiro İmmobile qazanmışdı.