24.05.2021 12:21
491


Azərbaycan millisinin Bakıda təşkil olunan hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub.
"CEMPİON.AZ" xəbər verir ki, bu, "Neftçi"nin futbolçusu İsmayıl Zülfüqarlıdır. U-21 yığmamızın üzvü A milli komandamızın Bakıda keçirilən məşqlərində iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.