cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Lion"un baş məşqçisi istefa verdi

24.05.2021 13:21 Oxundu 541

"Lion"un baş məşqçisi Rudi Qarsiya istefa verib.

"CEMPİON.AZ" "L`Equipe"yə istinadən xəbər verir ki, bunu 57 yaşlı mütəxəssis özü açıqlayıb. Onun komandası ötən gün "Nitsa"ya uduzaraq Liqa 1-in turnir cədvəlində 4-cü yeri tutub və gələn mövsüm Çempionlar Liqasında mübarizə aparmaq şansı qazanmayıb.
"Lion" Avropa Liqasında yarışacaq. Qarsiya isə 2021/22 mövsümündə komandaya baş məşqçilik etməyəcəyini deyib:
"Kədərli bir axşam oldu və ən pis ssenari baş verdi. Qələbə qazana bilmədik. Çünki Çempionlar Liqasına düşməyə layiq deyilik. Həqiqətən də güclü hesab etdiyimiz nüanslarda belə çox zəif idik. Əlbəttə ki, gələn mövsüm komandada olmayacağam. Belə şəraitdə çalışmağa davam edə bilmirəm. İndi bunu izah edəcək yer və vaxt deyil. Amma "Lion"da işləməyə davam etməyəcəyəm".
Qeyd edək ki, Qarsiya "Lion"u 2019-cu ildən çalışdırırdı.