24.05.2021 14:48
478


Eden Hazardın Madrid "Real"ından ayrılacağı gözlənilir.
"CEMPİON.AZ" "El Chiringuito"ya istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sabiq komandası "Çelsi"yə qayıtmaq fikirindədir. Belçikalı oyunçu düşünür ki, "Real" Mbappeni transfer edəcək və bu halda onun Madrid təmsilçisinin əsas heyətində yer alma şansı daha da azalacaq.
Qeyd edək ki, Hazard başa çatan mövsüm La Liqada 14 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.