24.05.2021 15:26
636


Bugün Azərbaycan kubokunun final matçı keçiriləcək.
“CEMPİON.AZ” xəbər verir ki, həlledici qarşılaşmada “Keşlə” “Sumqayıt” dueli olacaq. “Keşlə” hazırkı mövsümə qədər 5 dəfə final həyəcanı yaşayıb. Bunlardan 4-nə “İnter” adı ilə çıxan paytaxt təmsilçisi “Bakı”ya, “Qarabağ”a və 2 dəfə də “Xəzər Lənkəran”a məğlub olub. Əvəzində 2017/2018 mövsümündə ukraynalı baş məşqçi Yuri Maksimovun komandası Qəbələ şəhər stadionunda şəhərin eyni adlı komandasını 1:0 hesabı ilə məğlub edərək Azərbaycan kubokunun sahibi olub.
Cari futbol mövsümü “Sumqayıt” üçün uğurlu oldu. Belə ki, “kimyaçılar” Azərbaycan Premyer Liqasında bürünc medalları qazanaraq ölkəmizi avrokuboklarda təmsil etmək hüququ qazandı. “Keşlə” isə Premyer Liqada 6-cı olub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamaq hüququ qazanacaq. “Sumqayıt” kuboku qazansa, Premyer Liqada 4-cü yeri tutan “Zirə” avrokuboklara yollanacaq.
Qasım Xuluflu