cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Qalatasaray" tərəfi məlumatı təkzib etdi

24.05.2021 16:45 Oxundu 522

"Qalatasaray"ın prezident köməkçisi Yusuf Günay almaniyalı mütəxəssis Yulian Klinsmannın baş məşqçi vəzifəsinə gətiriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

"CEMPİON.AZ" xəbər verir ki, o, bu məlumatları təkzib edib: "Yulian Klinsmannla danışıqlar apardığımız deyilir.Amma bu məlumatlar tamamilə səhvdir".
İstanbul təmsilçisinin hazırkı baş məşqçisi Fatih Terimin sözləşməsi mayın 31-i başa çatacaq. O, Superliqada mövsümün yekunlaşmasından sonra futbolçularla vidalaşıb və Bodruma tətilə gedib.
Qeyd edək ki, "Qalatasaray" çempionatı 2-ci pillədə tamamlayıb.