25.05.2021 15:20
513

"Real" futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi ilə bu yay başa çatacaq müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Modriç 2020/2021 mövsümündə bütün turnirlədə 49 matça çıxıb, 6 qol vurub, eyni sayda qolun ötürməsini verib.