25.05.2021 17:39
531

İngiltərənin “Vulverhempton” klubunun yeni baş məşqçisi müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, portuqaliyalı Nunu Eşpiritu Santu ilə vidalaşan Premyer Liqa təmsilçisi bu posta onun həmyerlisini gətirəcək.
Bu vəzifə Brunu Laqeyə tapşırılacaq. 45 yaşlı mütəxəssislə danışıqlar yekunlaşmaq üzrədir və yaxın günlərdə anlaşma imzalanacaq.
Qeyd edək ki, Laqenin son klubu 2020-ci ildə ayrıldığı “Benfika” olub. O, İngiltərədə “Suonsi” və “Şeffild Uensdey”də Karluş Karvalyalın məşqçilər korpusunda çalışıb.