cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Yuventus"dan ayrılmaq istəyir

25.05.2021 21:29 Oxundu 552


“Yuventus”un müdafiəçisi Mattiys de Liqt komandadan ayrılmağı düşünür.

"CEMPİON.AZ" İtaliya mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu Turin təmsilçisinə keçməyinə peşmandır.
“Qoca sinyora”nın heyətində özünü xoşbəxt hiss etməyən 21 yaşlı mərkəz müdafiəçisi yay fasiləsində başqa kluba keçməyi arzulayır. Niderland millisinin üzvü “Barselona”ya qoşulmaqda maraqlıdır, lakin bu, real görünmür. Kataloniya təmsilçisi də de Liqtin durumunu nəzarətdə saxlayır.
Qeyd edək ki, “Yuventus”a 2019-cu ildə 85,5 milyon avroya “Ayaks”dan keçən Mattiys de Liqt geridə qalan mövsüm A seriyasında 27 matçda iştirak edib.