bazar ertəsi, 23 mart 2026

DÜNYA FUTBOLU

Keçmiş nazir "Qalatasaray" prezidentliyinə namizəd oldu

25.05.2021 22:46 Oxundu 618


“Qalatasaray”da prezidentliyə namizədlərin sayı artır.

"CEMPİON.AZ" xəbər verir ki, daha bir nəfər “cim-bom”u idarə etməyə iddialıdır.
Keçmiş nəqliyyat naziri İbrahim Özdəmir yerli mətbuata “sarı-qırızmılılar”ın prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb. O, digər namizədlərdən fərqli bu posta layiq görüləcəyi təqdirdə hazırkı baş məşqçi Fatih Terimlə yollarını ayıracağını bildirməyib. Özdəmir təcrübəli mütəxəssislə müzakirələr aparılacağını və onun təcrübəsindən faydalanacaqlarını söyləyib.
Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri iyunun 19-da keçiriləcək.