25.05.2021 23:41
518

PSJ ilin ən böyük transferlərindən birini etməyə hazırlaşır.
"CEMPİON.AZ" “RMC”yə istinadən xəbər verir ki, Paris təmsilçisi “Renn”in futbolçusu Eduardo Kamavinganı almağa yaxındır. 18 yaşlı yarımmüdafiəçi klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib. “Renn” futbbolçu üçün PSJ-dən 100 milyon avro tələb edir. Paytaxt klubu isə bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, Kamavanqanın “Renn”lə müqaviləsi gələn ilin yayına qədərdir.