cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Meza Kolli: "Zaur Axundov “Keşlə”də qalmağımı istədi"

26.05.2021 10:43 Oxundu 536


“Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli klub prezidenti Zaur Axundovla görüşüb.

"CEMPİON.AZ" xəbər verir ki, bunu 30 yaşlı hücumameyilli futbolçu özü bildirib.
Paytaxt klubu ilə müqavilə müddəti başa çatan komandanın lideri Axundovdan yeni müqavilə təklifi aldığını deyib: “Zaur müəllimlə bu barədə görüşümüz oldu. Onunla münasibətim çox yaxşıdır. Ata-oğul kimiyik. Məndən “Keşlə”də qalmağımı istədi. Amma indi qazanılan kubokun dadını çıxarmaq istəyirəm. Gələcəklə bağlı qərarımı daha sonra sakit şəkildə verəcəyəm”.
Qeyd edək ki, Sezar Meza Kolli “Neftçi”nin maraq dairəsindədir.