cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Şenol Günəş: "Azərbaycan yığması müdafiədən oynayır" 

26.05.2021 11:23 Oxundu 638


“Azərbaycanla ötən il də oynamaq planımız var idi”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AVRO-2020-nin hazırlığı barədə danışarkən deyib.
“Futbol Aklı” verilişinin qonağı olan təcrübəli mütəxəssis sabah Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq görüşü barədə də fikirlərini bölüşüb: “Azərbaycan müdafiə anlayışı ilə oynayan komandadır. Ancaq bizim əsas məqsədimiz toplanışın ilk mərhələsində oyun sistemində bəzi sınaqlar aparmaq və futbolçuları görməkdir”.
Qeyd edək ki, Alanyadakı “Oba” stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.