cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"İnter" Konteni razı sala bilmir

26.05.2021 12:52 Oxundu 569

"İnter"in baş məşqçisi Antone Konte klubdan ayrılmaq qərarına gəlib.

"CEMPİON.AZ"  AS-a istinadən xəbər verir ki, buna səbəb Milan təmsilçisinin maliyyə problemləridir. Klubun istəyi ilə mütəxəssis maaşında 20 faiz endirimə razı olmalı və 100 milyon avro dəyərində futbolçu satmalıdır.
Məlumata görə, bununla razılaşmayan Konte ayrılıq qərarı verib. Onun karyerasını "Real"da davam etdirmək istədiyi bildirilib. Madrid təmsilçisi hazırkı çalışdırıcısı Zinəddin Zidanı klubdan göndərməyi planlaşdırır. Rəhbərlik isə bu vəzifəyə ən yaxşı kimi namizəd Antonio Konteni hesab edir.
Qeyd edək ki, "İnter" bu mövsüm Konte ilə  A seriyasının qalibi olub.