cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Valenisya"nın baş məşqçisi bilindi

26.05.2021 16:23 Oxundu 557


İspaniyanın "Xetafe" klubunun baş məşqçisi Pepe Bordalas istefa verib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis özü məlumat yayıb. Mətbuat konfransı təşkil edən Bordalas istefa verdiyini açıqlayıb. Klub prezidenti Anxel Torres isə çalışdırıcıya təşəkkür edib.
Bordalas "Valensiya"nı çalışdıracaq. Artıq tərəflərin razılığa gəldiyi və 2 illik müqavilə imzalayacaqları bildirilib. 
Qeyd edək ki, Bordalas 2016-cı ildən "Xetafe"də işləyirdi.