cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

"Liverpul" ilk transferini etməyə yaxındır

27.05.2021 11:21 Oxundu 515


“Liverpul” mövsümlərarası fasilənin ilk transferini reallaşdırıb.

"CEMPİON.AZ" xəbər verir ki, “qırmızılar” müdafiə xəttindəki problemi yoluna qoyub.
Premyer Liqa təmsilçisi “Leypsiq”in oyunçusu İbrahima Konate ilə hərtərəfli razılığa gəlib. Fransalı mərkəz müdafiəçisi yeni komandası ilə 5 illik müqavilə bağlayacaq. Transferin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, İbrahima Konate “Leypsiq”ə 2017-ci ildə “Soşo”dan keçib.