
“Mən çox xoşbəxtəm. Bu oyunçular mövsüm ərzində prezident, klub sahibi, direktorlar şurasının sədri üçün çox çalışdılar”.
"CEMPİON.AZ" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri “Vilyarreal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının finalında “Mançester Yunayted”ə qalib gəldikləri (1:1, penaltilər – 11:10) matçdan sonra deyib. O, çempionluğu belə şərh edib:
“Vilyarreal”da olmaqdan çox qürur duyuruq. Qələbəyə layiq olduğumuzu düşünürəm. Rəqib "Mançester Yunayted" idi, amma bu gün çox rəqabətli bir oyun oynadıq. Bu klub artıq gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək və biz bu turnirdən zövq alacağıq. Gələcəkdə də Avropa Liqasının qalibi olmaq istəyirəm, amma Çempionlar Liqasında da oynamaq istəyirəm. Çempionluğumuzu azarkeşlərimiz və ailəmizlə birgə qeyd edəcəyik”.