27.05.2021 12:34
647

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, Elvin Camalov bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, milli komandanın da üzvü olan Camalov, karyerası ərzində “Qəbələ” (2013-2019) və “Zirə” (2019-2021) komandalarında çıxış edib.