cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Qvardiola "Mançester Siti"də qalacaq

27.05.2021 14:27 Oxundu 513


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi ilə bağlı qərar verib.

"CEMPİON.AZ" Britaniya mətbuatına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis Mançester təmsilçisindən ayrılmağı düşünmür. Bildirilib ki, komandanın Çempionlar Liqasının finalında "Çelsi" ilə görüşünün nəticəsindən asılı olmayaraq, Qvardiola klubda qazanacaq.
Pep "Mançester Siti" rəhbərliyi ilə birlikdə gələn mövsüm üçün bir transfer kampaniyası planlaşdırır.
Qeyd edək ki, Mançester klubu Qvardiolanın rəhbərliyi altında bu mövsüm İngiltərə Premyer Liqasının qalibi olub.