27.05.2021 14:43
558

"Bavariya" heyətinə yeni futbolçu cəlb edib.
"CEMPİON.AZ" klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Redinq"lə müqaviləsi başa çatan Omar Riçardsın transferini tamamlayıb. 23 yaşlı müdafiəçi ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. O, yeni klubunda 3 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Riçards ötən mövsüm Çempionşipdə 41 matçda meydanda olub.