28.05.2021 10:27
575

AFFA prezidenti Rövnəq Abdullayev millimizin Türkiyəyə 1:2 hesabı ilə uduzduğu yoldaşlıq matçından sonra jurnalistlərə açıqlama verib.
"CEMPİON.AZ" xəbər verir ki, o, qardaş ölkənin komandasına uğurlar arzulayıb və Türkiyənin Avro-2020-də iki oyununu Bakıda keçirəcəyini xatırladıb:
"İnanıram ki, Romadan qələbə ilə qayıdacaqlar. Azərbaycanda azarkeşlərlə Türkiyənin qələbələrini izləyəcəyik. Onlara qələbələr arzulayıram. Ümid edirəm ki, Bakıdakı oyunlarda uğurlu çıxış edəcəklər və azərbaycanlı azarkeşləri sevindirəcəklər".