cümə axşamı, 11 sentyabr 2025

DÜNYA FUTBOLU

Simone İnzagi "İnter"lə razılığa gəldi

28.05.2021 12:47 Oxundu 563


“Latsio”nun baş məşqçisi Simone İnzagi vəzifəsindən ayrılıb.

"CEMPİON.AZ" xəbər verir ki, 45 yaşlı mütəxəssis istefa verib.
A seriyasında 68 xalla mövsümü 6-cı pillədə tamamlayan Roma təmsilçisinin çalışdırıcısı bununla 6 illik “Latsio” karyerasını tamamlayıb. O, 2015-ci ildən bəri rəhbərlik etdiyi “Latsio”ya 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə isə ölkə kubokunu qazandırıb.
İnzaginin tezliklə “İnter”in sükanı arxasına keçməsi gözlənilir. Büdcəsini azaltmaq qərarına gələn və baş məşqçisi Antonio Konte ilə yollarını ayıran İtaliya çempionu İnzagi ilə ilkin razılığa da gəlib.