cümə axşamı, 11 sentyabr 2025

BİZİM FUTBOL

Əliyar Ağayev Türkiyə yığmasının oyununu idarə edəcək

28.05.2021 13:45 Oxundu 1158


FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

"CEMPİON.AZ" AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, görüş mayın 31-də Türkiyənin Antalya şəhərində keçiriləcək.