çərşənbə axşamı, 30 dekabr 2025

DÜNYA FUTBOLU

İtaliya klubunun prezidenti sevincindən özünü kanala atdı

28.05.2021 16:18 Oxundu 571

İtaliyanın “Venetsiya” klubunun prezidenti Dunkan Niderauer özünü kanala atıb.

"CEMPİON.AZ" xəbər verir ki, klub rəhbəri bu yolla komandasının A seriyasına yüksəlməsini qeyd edib.
Venetsiyanın eyniadlı təmsilçisi 20 ildən sonra bu hüquqa yiyələnib. Komanda pley-offun finalında “Çittadella”nı iki oyunun yekununda üstələyib.
A seriyasına qayıdışı bayram edən azarkeşlər şəhərin kanallarına atılmaqla sevinclərini göstərib. Klubun amerikalı prezidenti də onlara qoşularaq kanala atılıb.